Almaniyada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb

 Almaniyada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb


Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Toplantıda Almaniyanın ATƏT-ə sədrliyi dövründə görülən işlər, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, ATƏT məkanında mövcud olan digər münaqişələr müzakirə ediləcək, həmçinin Avstriya gələn ilki sədrliyi dövründə prioritetlərini açıqlayacaq.

İclas sabah da davam edəcək. İclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə 2+3 formatında görüşün keçirilməsi də gözlənilir. Azərbaycan tərəfi belə bir görüşün keçirilməsinə razılıq versə də, Ermənistan tərəfinin görüşə razılıq verməsi barədə hələlik rəsmi məlumat yoxdur.

İclasda ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...