Türkiyədə Azərbaycan nömrə nişanlı "Audi" və rentgen çəkdirən azərbaycanlı təlaş yaratdı

Türkiyədə Azərbaycan nömrə nişanlı "Audi" və rentgen çəkdirən azərbaycanlı təlaş yaratdı

İstanbulda son terror hücumlarından sonra şəhərdə təlaş yaşanır.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə Bursada Azərbaycan nömrəli avtomobil saxlanılıb. Polis ölkəyə daxil olan 27 BR 230 nömrəli avtomobilin başqa marka və model olduğunu görüncə araşdırmaya başlayıb. Ötən gecə saxlanılan avtomobilin nömrəsindəki AZ işarəsini görüncə yanlışlıq olduğu ortaya çıxıb. Məlum olub ki, “Audi” markalı avtomobilin sahibi azərbaycanlı Ömər Eyyuboğlu Bursadakı yaxınlarını ziyarət etməyə gəlibmiş.

Türkiyədə Azərbaycan nömrə nişanlı "Audi" və rentgen çəkdirən azərbaycanlı təlaş yaratdı


Bundan başqa, Bursada bomba həyəcanı ilə bağlı digər bir hadisə xəstəxanada yaşanıb. Azərbaycan əsilli 15 yaşlı M.O. ayaq ağrısına görə Yüksək İhtisas Xəstəxabnasına gələrək rentgen çəkdirib. Lakin rentgen aparatında onun kəmərinin başlığı tapança və ya əl bombası zənn edilib. Lakin araşdırma zamanı məlum olub ki, pasient rentgenə şalvarını çıxarmadan girib və şübhə yaradan isə onun kəmərinin başlığıdır. Hadisə aydınlaşandan sonra gənc sərbəst buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...