Kayseridə HDP-nin binası yandırıldı

Kayseridə HDP-nin binası yandırıldı


Türkiyənin Kayseri şəhərində bu gün baş vermiş terror aktı əleyhinə təşkil olunmuş yürüşün iştirakçıları müxalifətçi Xalqların Demokratiyası Partiyasının (HDP) yerli şöbəsinin binasına od vurublar. Virtualaz Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları bununla PKK terror təşkilatına dəstək verməkdə günahlandırılan partiyadan qisas aldıqlarını bildiriblər.

Xatırladaq ki, terrorçuluğu dəstəkləməkdə günahlandırılaraq, HDP-nin hər iki həmsədri və Türkiyə parlamentinin bu partiyanı təmsil edən bir qrup deputatı bir müddət öncə həbs ediliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...