Neftin qiyməti ucuzlaşmağa başlayıb – SƏBƏB

Neftin qiyməti ucuzlaşmağa başlayıb –


Qlobal bazarda neftin qiyməti İranın ixrac həcmini artırması və ABŞ-da aktiv neft quyularının sayının çoxalması xəbəri ilə düşməyə başlayıb

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, İran 2016-cı ilin son aylarında üzən neft anbarlarından uzun müddətdir saxladığı 13 mln. bareldən çox və ya 44% neftini ixrac edib. Bununla da İranın üzən neft anbarlarında ehtiyatları 16,4 mln. barelə enib. Bununla yanaşı, ABŞ-da 31 dekabr-6 yanvar hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd və ya 0,76% artaraq 529 ədədə çatıb. Qeyd edilir ki, ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 10 həftədir artır. İllik müqayisədə ABŞ-da aktiv neft quyularının sayı 13 ədəd və ya 2,5% artım göstərib.

"Report"un analitik qrupu neftin qiymətinin qısamüddətli perspektivdə 50 dollar/barelə qədər azalacağını proqnozlaşdırır. Hazırda "Brent" markalı neftin qiyməti keçən həftənin sonu ilə müqayisədə 1,7% azalaraq 56 dollar/barelə enib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...