"TeliaSonera" "Azərcell"in səhmlərinin satılması ilə bağlı xəbərlərə münasibət bildirib
"TeliaSonera" şirkəti "PAŞA Holdinq" tərəfindən "Azərcell"in səhmlərinin alınmasına dair yayılan xəbərlərə münasibət bildirib.
"TeliaSonera"nın korporativ maliyyə analitiki Yoanna Hansson (Johanna Hansson) "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, yayılan informasiya spekulyasiyadır: "Biz media spekulyasiyaları ilə bağlı hər hansı şərh vermirik. Qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı məlumat olarsa, sizə açıqlamağa hazırıq".
"PAŞA Holdinq"dən isə sözügedən məsələyə münasibət bildirmək istəməyiblər.
Qeyd edək ki, "TeliaSonera" şirkətinin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azərcell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.
"Fintur Holdings"in səhmlərinin bir qismi (14,02% birbaşa, 24,02% dolayı) "Türkcell" şirkətinə məxsusdur.
Bundan öncə "TeliaSonera" bildirib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.
738 dəfə oxundu