Obama arzusunu açıqladı: "Doyunca yatacam"

Obama arzusunu açıqladı: "Doyunca yatacam"


ABŞ-ın 44-cü prezidenti Barak Obama "CBS” televiziyasına verdiyi müsahibəsində yanvarın 20-də prezidentlik postunu təhvil verdikdən sonrakı ilk gün ancaq yatmaq istədiyini açıqlayıb. B.Obama deyib ki, iş barəsində düşünmək istəmir və postu tərk etdikdən sonra zəngli saat qoşmadan ancaq yatmağı planlaşdırır: " Buna bütünlüklə əminəm. Və zamanımın çoxunu xırda məsələlərə həsr etməyi düşünürəm. İstirahətə gedəcəm”.

Bununla yanaşı Obama qeyd edib ki, yenidən dərs deməyə başlayacaq: "Prezident olmazdan əvvəl bir müddət universitetdə işləmişəm və bu işimdən çox zövq almışam”. Qeyd edək ki, B.Obama 1992-2004-cü illər ərzinə Çikaqo universitetində Konstitusiya fənnini tədris edib. Obam postu Trampa təhvil verdikdən sonra öz doğma vətəninə qayıtmağı isə hələ düşünmür. O ailəsi ilə birgə balaca qızı Saşa məktəbi bitirənə kimi Vaşinqtonun mərkəzindən kirayə tutduğu evdə qalacaq. Obamanın böyük qızı Maliya isə bu ilin payızından Masaçusestdə nüfuzlu Harvard Universitetində təhsilə başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...