Axtarışa verilən meyxanaçı Vahid Qədimin yeri bilindi

Axtarışa verilən meyxanaçı Vahid Qədimin yeri bilindi


Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən tanınmış meyxanaçı Vahid Qədimin sorağı Rusiyadan gəldi. Publika.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirləndirilən meyxanaçı iki ildən artıqdır ki, Rusiyada yaşayır. Məlumatı meyxanaçının sənət dostları da təsdiqləyib. Tanınmış meyxanaçı Ağamirzə Məmmədov Vahid Qədimin iki ildən artıqdır ki, Rusiyada yaşayıb, sənətlə məşğul olduğunu bildirib: “Vahid iki ildən çoxdur ki, Bakıda yaşamır. Ailəsi ilə birgə Rusiyaya köçüb, oradan sorağını da alırıq. Eşitdiyimizə görə, Vahid orada da meyxanaları ilə məşhurdur, sevilir. Amma buradan niyə köçüb getdiyinin səbəbini bilmirəm”.

Qeyd edək ki, Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Meyxana aləmində Vahid Qədim kimi tanınan V.Səfərov bu ilin yanvarından axtarışa verilib. Onu da qeyd edək ki, Vahid Qədim bir müddət öncə də polislə qarşı-qarşıya gəlib. O, “Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin təqibindən yayınmağa çalışıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...