Dövlət Agentliyi: "SOCAR Ukrayna" əsassız olaraq tenderdən uzaqlaşdırılıb

Dövlət Agentliyi: "SOCAR Ukrayna" əsassız olaraq tenderdən uzaqlaşdırılıb


Ukraynanın Antiinhisar Komitəsi əsassız olaraq "SOCAR Ukrayna" MMC-ni Dövlət Ehtiyat Agentliyinin keçirdiyi tenderdən uzaqlaşdırıb. "APA-Economics" xəbər verir ki, bunu Dövlət Agentliyinin rəhbəri Vadim Mosiyçuk bildirib.

Tender reaktiv mühərriklər üçün 6 ton yanacağın alınmasına dair keçirilir. Alınacaq yanacağın ümumi dəyəri 126 mln. Ukrayna qrivnası təşkil edir.


Onun sözlərinə görə, tenderdə iştirak üçün "SOCAR Ukrayna", "VOG Aero Jet" və "Ukr Petrol" şirkətləri müraciət edib. "Ukr Petrol" şirkətinin müraciəti qeydə alınmayıb və şirkət Antiinhisar Komitəsinə şikayət ünvanlayıb. Antiinhisar qurumu isə SOCAR-ın törəməsini tenderdən uzaqlaşdırıb, əvəzində "Ukr Petrol" şirkətinin tenderdə iştirakına icazə verib.

"Antiinhisar Komitəsi qərarını bununla izah edib ki, tenderdə iştirak üçün "SOCAR Ukrayna"ya verilən bank ərizəsində şirkətin adını rus dilində yazılıb. Halbuki 104 vərəqlik sənəd sırf Ukrayna dilində tərtib olunub", - deyə V. Mosiyçuk bildirib.

Onun sözlərinə görə, Dövlət Ehtiyat Agentliyi Antiinhisar Komitəsinin qərarına sərt reaksiya verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...