ABŞ-ın qabaqcıl texnologiya nəhəngləri anti-Tramp hərəkatına qoşuldu

ABŞ-ın qabaqcıl texnologiya nəhəngləri anti-Tramp hərəkatına qoşuldu


Bu günlərdə Amerikada əsl anti-Tramp ab-havası hökm sürür. ABŞ-ın liberal-demokrat çevrələri, ziyalı təbəqələr, şou-biznes ulduzları yeni prezidentə qarş; az qala xalq hərəkatı elan ediblər.

ABŞ-ın dünyaya hökm edən texnologiya divləri də respublikaçı prezidentin icraatlarına qarşı çıxdıqlarını açıq şəkildə dilə gətiriblər.

Onları buna vadar edən Tramp administrasiyasının sosial şəbəkələrlə bağlı həyata keçirmək istədiyi tədbirlər və İslam ölkələrindən gələn miqrantlara qoyulan qadağalar olub.

ABŞ-ın yeni rəhbərliyi ölkəyə gələnlərin sosial media hesablarını nəzarət altına almaqla bağlı yeni qanun layihəsini hazırlamaq niyyətindədir.

ABŞ mətbuatında yer alan məlumatlara əsasən, Ağ Evin siyasət şöbəsinin müdiri Stiven Miller Dövlət Departamenti, Gömrük və Sərhəd Mühafizə Xidməti, Daxili Təhlükəsizlik Xidməti kimi qurumlara prezident Donald Trampın miqrantlarla bağlı verdiyi qərarda olduqca qəti olduğunu çatdırıb.

Bundan başqa, Miller həmin qurumlara kütləvi etirazlara fikir verməməyi, televiziya çıxışlarında qərara qarşı danışan səxslərə qulaq asmamalarını tövsiyə edib.

Stiven Miller ABŞ təhlükəsizlik orqanlarına ölkəyə daxil olmaq istəyən şəxslərdən istifadə etdikləri və baş çəkdikləri bütün internet səhifələri, habelə sosial media hesablarındakı paylaşımlarını, hətta mobil telefonlardakı kontaktlarının siyahısını tələb etməyə imkan verən qanun layihəsi üzərində iş getdiyini bildirib.

Bütün bu olanlar Amerikanın iri texnoloji şirkətlərinin Trampa qarşı vahid cəbhədən çıxış eməsinə gətirib çıxarıb.

ABŞ-ın Google, Facebook, Apple, Twitter kimi şirkətlərin başçıları Donald Trampın müsəlmanların ABŞ-a girişini qadağan edən fərmanlarının yolverilməz olduğu və bunun ABŞ iqtisadiyyatına neqativ təsir göstərəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, bu fərman yeddi (İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən) müsəlman ölkəsindən olan şəxslərin, onların ABŞ-da yaşamaq hüququnu əldə etmələrindən asılı olmayaraq girişini qadağan edir. Qadağan 90 günlüyə nəzərdə tutulsa da, bu müddətin uzanacağı da istisna edilmir.

Apple-in baş direktoru Tim Kuk şirkətin Donald Trampın siyasətini dəstəkləmədiyini və yeni qaydaların şamil olunduğu şirkət əməkdaşlarına hər cür yardım edəcəklərini söyləyib.

“Apple miqrantlar olmadan nəinki inkişaf və yeni innovasiyaları təqdim edə, hətta mövcud belə ola bilməzdi”,- şirkət rəhbəri bildirib.

Google şirkəti qadağa qoyulan ölkələrdən olan əməkdaşlarını tez bir zamanda ABŞ-a geri dönməyə, ABŞ-da olanları isə ölkədən çıxmamağa çağırıb.

“Biz bu fərmanın və onun müddəalarının Google və onun ailə üzvlərinə məhdudiyyət yaradacığından, habelə ABŞ-a yeni istedadların parlamasına əngəl törədəcəyindən narahatlıq hissi keçiririk,”- şirkətin bəyanatında deyilir.

Twitter-in baş direktoru Cek Dorsi yazır:

Prezidentin qəbul etdiyi qərarların humanitar və iqtisadi nəticələri olduqca kədərləndiricidir. Biz həmişə ABŞ-a köçüb gələnlərdən fayda görmüşük”.

Facebook-un təsisçisi Mark Sukerberq isə, “ABŞ immiqrantlar ölkəsidir və biz bununla fəxr etməliyik”, - deyə yazaraq əlavə edib:

“Bir çoxlarınız kimi mən də prezident Trampın fərmanlarının doğuracağı nəticələrdən olduqca narahatam. Biz yardıma ehtiyacı olan insanlara qapılarımızı açmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...