Fazil Ağamalıdan Ziya Məmmədov açıqlaması: "Müzakirə etməyə ehtiyac yoxdur"

Fazil Ağamalıdan Ziya Məmmədov açıqlaması:


Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında prezidentin sərəncamını şərh edib.

“Burda nə deyə bilərəm ki! Sadəcə olaraq, cənab prezidentin sərəncamını müzakirə etmək istəmirəm. Çünki sərəncam müzakirə edilmir, ona əməl olunur”. Deputat həmçinin, keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı bir neçə müddət bundan əvvəl etdiyi çıxışlarına da aydınlıq gətirib.

“Ziya Məmmədovun Azərbaycan dövləti qarşısında zamanında xidmətləri olub. O, öz üzərinə düşən vəzifələri zaman çərçivəsində yerinə yetirib. Bu gün ölkə prezidentinin bu baxımdan qərarı və iradəsi ortalıqdadır. Bu məsələ müzakirə predmeti deyil. Ona görə də Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...