"Ermənistandan sığınacaq istəyən Şahin Mirzəyev Milli Şuranın üzvüdür"

 "Ermənistandan sığınacaq istəyən Şahin Mirzəyev Milli Şuranın üzvüdür"


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Şahin Mirzəyevin Ermənistandan sığınacaq istəməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, S. Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Ş. Mirzəyev Milli Şuranın üzvü olub.

“Yadınızdadırsa, Milli Şura adlı bir dərnək var, bu adam oranın üzvüdür. O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib, indi də Ermənistandan sığınacaq alıb. Kimlərin satqın olduğu aydın görünür. Satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün böyük məmnuniyyətlə Ermənistan vətəndaşlığını qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalı, qətiyyətli olmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...