Şoyqudan kritik Bakı görüşü açıqlaması: “Cavab gözləyirik”

Şoyqudan kritik Bakı görüşü açıqlaması:


Biz Pentaqondan Rusiya ilə “güc diliylə danışmaq” açıqlamasına aydınlıq gətirilməsini gözləyəcəyik. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. O, Pentaqondan açıqlamanı Bakıdakı görüşdə gözlədiklərini bildirib:

“Bu gün Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasındakı görüşdə Pentaqonun öz mövqeyini aydınlatmasını gözləyəcəyik. Biz Pentaqonla əlaqələrimizi bərpa etməyə hazırıq. Rusiyaya münasibətdə güc diliylə dialoqdan istifadə edilməsi cəhdinin perspektivi yoxdur”.

Qeyd edək ki, dünən ABŞ Müdafiə naziri Ceyms Mettis NATO-nun Rusiya ilə güc diliylə danışmalı olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...