Tiflisdə azərbaycanlı azarkeşlərə hücum oldu FOTO

Tiflisdə azərbaycanlı azarkeşlərə hücum oldu


Yandırıcı maddələr ataraq “Qəbələ”nin böyük bayrağını yandırmaq istəyiblər. İyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo" - "Qəbələ" oyununda insident yaşanıb.

ANS PRESS-in məlumatına görə yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən “Qəbələ” azarkeşlərinə hücum edib. Bunu saytımıza hücuma məruz qalan “Sector 11” fan klubunun rəhbəri Atanur Cəfərli təstiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib:

"Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verdi. Xoşbəxtlikdən ciddi xəsarət alan olmadı".

Tiflisdə azərbaycanlı azarkeşlərə hücum oldu

Atanur Cəfərli

Fan klub rəhbəri tribunalarda da belə insidentlərin yaşandığını bildirib. Onun sözlərinə görə, yerli fanatlar onların əyləşdikləri tribunaya yandırıcı maddələr ataraq “Qəbələ” klubunun böyük bayrağını yandırmaq istəyiblər. Mühafizə polisləri insidentlərin qarşısını alıb, hər iki tərəfdən həbs edilən olmayıb.

2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda - “Bakcell Arena" stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanmışdı. Əvvəlcə tribunada qonaq klubun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar. Daha sonra stadion çıxışında da münaqişə davam edib.


Çixura fanatları tərəfindən açılan pankart

Hətta Gürcüstan xarici işlər naziri Maya Pandjikidze “Neftçi” və “Çixura” oyununda baş verən insidentlə bağlı bəyanat vermişdi.


Maya Pandjikidze

O, bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...