“Bunun arxasında Ramiz Cəbrayılov durur” – Ağsaqqalı “dolayan” məmur DANIŞDI

“Bunun arxasında Ramiz Cəbrayılov durur” –


"Qəbula gələn yaşlı şəxslə qeyri-etik rəftarı əks etdirən videogörüntülər mənim kabinetimdə çəkilməyib”.

Bu sözləri unikal.org-a sosial şəbəkədə yayılan görüntülərin (GÖRÜNTÜLƏR BURADA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov deyib.


O əlavə edib ki, bütün bu olaylar keçmiş həyat yoldaşından boşanandan sonra baş verib:

"Əvvala qeyd edim ki, video mənim kabinetimdə çəkilməyib və sizdə bununla yerində tanış ola bilərsiniz. Bütün yayılan məlumatlar monatjdır və məqsədləri isə məni şantaj etməkdir. Bu təxribatlar arxasında isə mənim keçmiş həyat yoldaşımın ailəsi durur. Xüsusən bu şantajların arxasında keçmiş həyat yoldaşımın əmisi Laçın rayon keçmiş İcra başçısı Ramiz Cəbrayılov dayanır. Buna sübut olaraq əlimdə kifayət qədər faktlar var”.

“Sosial şəbəkələrdə yayılan və qəbula gəlmiş ahıl yaşlı şəxslə qeyri-etik davranışın əks olunduğu videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Babayev deyib.

O bildirib ki, həmin videogörüntülərin guya, Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir:

“Araşdırma zamanı Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi (bunu E.Allahyarovun özü də təsdiq edib) və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirildiyi məlum olub.

Qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir görülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...