Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 3 mln. manatı ötüb

Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 3 mln. manatı ötüb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin aktivləri 31 dekabr 2016-cı il tarixinə 8,75% və ya 687,961 min manat azalaraq 7 mln. 193,964 min manat təşkil edib. “APA-Economics” xəbər verir ki, belə bir qənaətə QSC-nin 2016-cı il üçün maliyyə hesabatını təhlil edərkən gəlmək mümkündür. Hesabat “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən aparılıb.

Aktivlərin 7 mln. 96,707 min manatı uzunmüddətli, 97,257 min manatı isə qısamüddətlidir.

QSC-nin öhdəlikləri ötən ilin sonuna 23,916 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 34,30% və ya 12,487 min manat azalmadan xəbər verir. Öhdəliklərin hamısı kreditor borcların payına düşür.

Milli Nüvə Tədqiqatları Mərkəzinin nizamnamə kapitalı il ərzində dəyişməyərək 3 mln. manat səviyyəsində qalıb. Hesabat dövründə QSC-nin məcmu kapitalı 8,61% və ya 675,474 min manat azalaraq 7 mln. 170,048 min manata enib.

2016-cı il ərzində Mərkəzin ümumi və inzibati xərcləri 1 mln. 595,785 min manat təşkil edib. İl ərzində QSC-nin məcmu zərəri (eyni zamanda əməliyyat zərəri) 1 mln. 690,474 min manat təşkil etdiyi halda, yığılmış zərər 3 mln. 106,371 min manata çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...