Azərbaycan prezidenti Britaniya baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti Britaniya baş nazirinə başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, terror nəticəsində 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...