Elman Gədiklini işdən nazir qovdurub? "Space"də şok gəlişmə

Elman Gədiklini işdən nazir qovdurub?


Speys TV-nin "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli tutduğu vəzifədən azad edilib.

Gundeminfo.az Unikal.org-a istinadla xəbər verir ki, teleşirkətin prezidenti Vaqif Mustafayev baş redaktorun işdən çıxarılması ilə bağlı dünən saat 15:00-da əmr imzalayıb.


Elman Gədikli işdən azad olunmasını təsdiqləyib və bildirib ki, öz ərizəsi ilə işdən çıxıb: "Qardaşım rəhmətə getdi, 40-ı çıxmamış bacım dünyasını dəyişdi. 11 il idi "Speys"də fəaliyyət göstərirdim. Adam bir yerdə çox işləyəndə yorulur. Bu səbəbdən işdən azad olunmağım üçün ərizə yazdım. Bir müddət istirahət etdikdən sonra əməkdar jurnalist olaraq ölkədəki KİV-lərin birində çalışacağam".

Ölkə.az isə Elman Gədiklinin Təhsil Nazirliyi əleyhinə hazırlanan tənqidi materialın hazırlanması və onun efirdə yayımlanması barədə tapşırıq verməsi səbəbindən işdən azad olunduğu barədə xəbər yayıb. Bildirilir ki, sözügedən tənqidi material efirdə yayımlanandan sonra Təhsil naziri Mikayıl Cabbarov Speys TV-nin prezidenti Vaqif Mustafeyevə zəng edərək, buna etirazını bildirib. Hətta Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib.

Daha sonra Vaqif Mustafayev materialın kimin tapşırığı ilə hazırlandığını araşdırıb. Məlum olub ki, sözügedən materialı hazırlamağı müxbirə Elman Gədikli tapşırıb.

Bundan ciddi şəkildə əsəbiləşən Vaqif Mustafayev Elman Gədiklini işdən çıxarıb.

Elman Gədiklinin yerinə isə tanınmış telejurnalist Azadə Balayevə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...