Dünyada qadağan olunan oyuncaqlar Bakını necə fəth edib... - Uşaqlara real təhlükə/ FOTO

Dünyada qadağan olunan oyuncaqlar Bakını necə fəth edib... -


Bir müddətdir ki, dünyada virus kimi yayılan "spinner” anti-stress aləti əslində, qadağan olunmuş oyuncaqlar siyahısında birincidir.

BakuPost.az xəbər verir ki, xüsusən azyaşlı uşaqların marağına səbəb olan bu oyuncaqdan istifadə ABŞ-ın bəzi ştatlarında və İngiltərədə qadağan edilib. Buna səbəb isə "spinner”lərin xüsusilə məktəblilərin diqqətini dağıtması göstərilib. Mütəxəssislər valideynləri də diqqətli olmağa çağırıb və uşaqların evdə də anti-stress çarxından uzaq qalmasına nəzarət edilməli olduğunu bildiriblər.

Azərbaycanda da bu çarxlar geniş yayılıb. Demək olar ki, bütün mağazalarda hər növdə "spinner”lərin satışına rast gəlmək olar. Cürbəcür rənglərə boyanan, bəzəklərlə düzəldilən çarxlar dükanlarda və eləcə də metro stansiyalarının çıxışlarında gözə gələn yerdə düzülür.

Картинки по запросу spinner child

Satıcılar BakuPost.az-ın əməkdaşları ilə söhbətində satışın çox yaxşı olduğunu bildiriblər. Onlar xüsusən son 2 həftədə bu oyuncaqlara olan marağın birə-beş artdığını bildirirlər. Satıcılarla söhbət zamanı məlum olub ki, anti-stres çarxına maraq təkcə uşaqlarda deyil: "Günə 10-20 ədəd satırıq. Gündən asılı olur. Amma təkcə uşaqlar deyil, elə kifayət qədər yaşı olan adamlar da alırlar. Bəziləri 2-sini birdən alır. Bir nəfər dünən yaxınlaşıb, maraqlı rəngi olan spinner istədi. Əlində də biri var idi. Soruşuram ki, 2 spinneri necə fırladacaqsan? Deyir, özümə almıram, evdə 4 yaşlı uşağım var, imkan vermir özüm oynadım. Onun üçün alıram”.

Anti-stress çarxlarının qiymətləri isə müxtəlifdir. Satılma yerindən, bəzəyindən, rəngindən asılı olaraq qiymət 3-15 manat arasında dəyişir. Bəzi mağazalarda 25, hətta 50 manata da satılır. Məlumata görə, dəyəri 5 min dollara olan sipinnerlər də var.

Spinnerlərin təhlükəli cəhətinə gəlincə isə, bu təkcə beyində yorğunluq yaratmaqla bitmir. Belə ki, üzərində güzgü və ya şüşə olan stres-çarxları uşaqların əlindən yerə düşüb qırılarkən daha ciddi fəsadlara səbəb ola bilər.
Dünyada qadağan olunan oyuncaqlar Bakını necə fəth edib... -


Elə 6 yaşlı övladının spinneri qırılan valideynin redaksiyamıza göndərdiyi fotolardan da hər şey aydın görünür. Valideyn bildirir ki, spinner uşağın əlindən kafelin üzərinə düşüb və güzgü çartlayıb. Bu zədəni nəzərə almayan uşaq sipinneri fırladarkən şüşə parçası qoparaq, onun üzünü kəsib. Belə hallar yəqin ki, çox olub. Ona görə də, valideyinlərə bu məsələlərdə diqqətli olmaq tövsiyə edilir.
Dünyada qadağan olunan oyuncaqlar Bakını necə fəth edib... -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...