Deputat Avropa Parlamentini "Məşədi İbad"la müqayisə etdi — Heç bilirsiniz ki, Əfqan Muxtarlı kimdir?

“Biz Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmışdıq. Onlar yenidən elçilər göndərib bizimlə əməkdaşlıq qurmağa çalışdılar və söz verdilər ki, Azərbaycana qarşı daha səhvlər yol verilməyəcək. Ancaq yenə də səhvlər buraxmağa başlayıblar. Mən yenə deyirəm ki, bunlar artıq böhtan atmağa, ölkələri qaralamağa adət ediblər”.

Gundeminfo.az yazır ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

E.Məmmədov bildirib ki, Avropa Parlamentini idarə edən ermənipərəst şəxslər var.

Onun sözlərinə görə, bu cür qərarların qəbul edilməsini həmin şəxslər tapşırırlar:

“Allah Üzeyr Hacıbəyova rəhmət etsin. Onun yazdığı “O olmasın, bu olsun”-da bir məqamı var. Orada Məşədi İbad deyir ki, bir növ adətkaram. İndi Avropa Parlamenti də Azərbaycana qarşı qarayaxma və şər kampaniyası həyata keçirməyə adət edib. Artıq onlar buna vərdiş ediblər. İstər Əfqan Muxtarlı ilə bağlı olsun, istər olmasın, Avropa Parlamentinin hədəfində Azərbaycan var. İndi Avropa Parlamentindən soruşmaq lazımdır ki, məgər siz Əfqan Muxtarlını tanıyırsınız? Heç bilirsiniz ki, Əfqan Muxtarlı kimdir, nə işlə məşğul olub, nə üçün həbs edilib? Odur ki, bütün bu bəyanatların hamısı Azərbaycana qarşı əvvəlcədən hazırlana ssenarilərdir. Yaxşı, hər gün Avropada milyonlarla ac, yazıq miqrantların hüquqları pozulur. Milyonlarla miqrant tikanlı məftillər arasına və həbs düşərgələrinə salınır. Hitlerin vaxtındakı düşərgələr yaradılır. Bəs Avropa Parlamenti kordur, bütün bunları nə üçün görmür? Ancaq Azərbaycanın nə addım atmasını izləyir? Bu gün Avropanın o qədər acınacaqlı problemləri var. Yaxşı olar ki, Avropa Parlamenti gedib öz problemlıərini həll etsin, Avropanın qara günləri ilə, onları gözləyən böyük fəlakətlərlə məşğul olsun. Avropanın Azərbaycanın daxili işlərinə qarışmaq haqqı yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...