Müşahidə Şurasının yeni tərkibdə ilk iclası - Əli Həsənov da qatıldı

Müşahidə Şurasının yeni tərkibdə ilk iclası -


Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Moderator.az-a daxil olan məlumata görə, bütün üzvlərin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçiliblər.

İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibətilə təbrik edib. Əli Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini verib.

Daha sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılıb. 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 9 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3341 layihəsinin dəstəkləndiyi, onların həyata keçirilməsi üçün 19 milyon manatadək vəsaitin ayrıldığı bildirilib. Yeni elan ediləcək müsabiqə çərçivəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 13, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fərdlərin layihələri) üzrə 14 istiqamətin təklif edildiyi, layihələrin təqdim olunması üçün 21 gün müddətin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Müsabiqənin istiqamətləri sırasına yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin tanıdılması yönündə tədbirlər, gənclər arasında ixtisas seçimi və əmək bazarı haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, intellektual inkişafa xidmət edən televiziya proqramlarının hazırlanması, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi, sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi, İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. mövzular salınıb. Layihə təkliflərinin 2017-ci il aprelin 24-dən mayın 15-dək qəbul edilməsi qərara alınıb.

Qeyd edək ki, Müşahidə Şurası Gənclər Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli Sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunublar:

Dövlət orqanlarından:

Tahir Süleymanov - Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini;

İntiqam Babayev - gənclər və idman nazirinin müavini;

Ceyhun Bayramov - təhsil nazirinin müavini;

Rafiq Bayramov - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri;

Cavid Məmmədov - Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini.

Gənclər təşkilatlarından:

Nurəddin Mehdiyev - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri;

Mirhəsən Seyidov - “İrəli” İctimai Birliyinin sədri;

Seymur Hüseynov - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Seymur Orucov - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri.
\
Müşahidə Şurasının yeni tərkibdə ilk iclası -
Müşahidə Şurasının yeni tərkibdə ilk iclası -
Müşahidə Şurasının yeni tərkibdə ilk iclası -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...