Beynəlxalq Valyuta Fondunun hesabatı- neft ucuzlaşacaq...
"2015-ci ildə neftin orta dünya bazar qiymətini bir barel üçün 59 dollar proqnozlaşdırır"
Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” hesabatını təqdim edib. BVF 2015-ci ildə neftin orta dünya bazar qiymətini bir barel üçün 59 dollar proqnozlaşdırır.
Ekspert Vüqar Bayramov da bildirir ki, “qara qızıl”ın qiymətindəki son dəyişikliklər də göstərir ki, yaxın dövrlər üçün Brent markalı neftin orta dünya bazar qiyməti məhz 1 barel üçün 60 dollar ətrafında olacaq: “İran ilə Qərb arasında təşkil edilən müzakirələr və eləcə də Yunanıstanın defoltu neftin dünya bazar qiymətini aşağı salsa da, gözlənildiyi kimi yenidən “qara qızıl” dəyər qazanmağa başladı. Qlobal siyasi faktorları da nəzərə aldıqda bazarda qiymət tarazlığının formalaşdırıldığını söyləmək olar. Bu isə o deməkdir ki, nəinki istehlakçı hətta ixracatçı ölkələr də öz proqnozlarını məhz mövcud tarazlığa uyunlaşdırmalıdırlar. BVF-nin avrozonada 1,5 faiz, ABŞ-da 2,5 faiz artım proqnozlaşdırmasına rəğmən, Rusiyada 3,4 faiz, Braziliyada 1,5 faiz azalma gözləməsində də neftin dünya bazar qiyməti heç də az rol oynamır. MDB ölkələri isə Rusiya daxil edilmədən 0,7 faiz artıma nail ola biləcəklər. Bu baxımdan, ölkəmizdə də monetary, fiskal və digər iqtisadi siyasətlər hazırlanan zaman neftin məhz mövcud və proqnozlaşdırılan qiymətinin nəzərə alınmasına ehtiyac var”.
Ekspertin sözlərinə görə, əslində, Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 50 dollar götürməsi müsbət haldır: “Dövlət daxil olmalarının və xərclərinin real proqnoz qiymətinə uyğunlaşdırılması iqtisadiyyatın balaslaşdırılması üçün də çevik alətlər formalaşdırır”.
1 185 dəfə oxundu