Bakının məşhur gözəllik salonunda xanım müştərinin başına oyun açdılar - ŞİKAYƏT

 Bakının məşhur gözəllik salonunda xanım müştərinin başına oyun açdılar -


Bakının mərkəzində faəliyyət göstərən ən məşhur gözəllik salonlarından olan "Grace Beauty Complex"də müştərinin başına oyun açıblar.

AZXEBER.COM xəbər verir ki, bu haqda şikayətçi Günel Aşırova məlumat verib.

O qeyd edib ki, gözəllik salonunda saçını yandırıblar:

"Saçımı yandırıb, indi usta məni narahat etmə, administrator da "get ustanı ictimailəşdir" deyir."

29 iyunda şəhərin ən məşhur salonlarından, 20 illik təcrübəsi olan Grace Beauty Complexdə səhər saat 11:00-da Sarxan/Saxara ilə saç dəyişmə üçün vaxt təyin etmişdik. "Balayage" deyilən saç rənglənməsi var, mən də şəkil göstərdim ki, bunun kimi istəyirəm. (İstəyənlərə screenshotları ata bilərəm) Köməkçi saç rəngimi açıcı ilə (осветление) açmağa başladı. sonra rəng və ton qoydular. Saçımı görəndə şok oldum. Təsəvvür edin, kafedə siz toyuq kababı sifariş etmisiniz, əvəzində avakado tostu gəlib. Və sizə deyirlər ki, bu toyuq kababıdır. Saçın rəngi: Saçımın dibləri öz rəngimdə, ordan aşağıya ağa oxşar rənglər, qulağımdan aşağı hissədə o ağ və külün üzərində YAŞIL rənglər və qabaq hissədə tünd göy rəngdə çalar var idi. #Error404

Usta dedi ki, OK dünya dağılmadı ki, indi düzəldərik. Proses təkrarlandı. Yenə bərbad görüntü oldu deyə, 3-cü dəfə çölə çıxa bilməyim üçün tündə boyandı saçım. Ustasa əsəbləşib mənə səsini qaldırır, deyinir və təhqir edirdi. Və mən 150 AZN ödəniş edib, düz 5 saat sonra, 16:00-da çölə çıxdım. Şok yaşamışdım, nə baş vediyini anlamırdım. Pulu niyə ödədiyimi də düşünmürdüm. 5 saatdan ən azı 3 saatını saçımı əlüzyuyanda arxaya doğru yuyublar deyə boynum ağrıyırdı, əzələm dartınmışdı. Evə gəlib ustanın mənlə əlaqə saxlamağını gözlədim. Məcbur olub axşam tərəfi özüm yazdım. Səhəri gün (30 iyun) günorta salona zəng edib administratoru çağırdım vəziyyəti danışdım, gəlim saçıma baxın dedim. Dedi ki, xəbərim var, nömrəmi aldı, araşdıracam, gəlməyinizə ehtiyac yoxdu dedi. Zəng gəlmədi.

Dünən (1 iyul) dostumla salona getdim həmən Hənifə xanımla danışmağa. Xanım aşağıdakı hər 3 tələbimi çox səbrlə dinləyirdi.
1. Usta üzr istəsin
2. Ödənilən məbləğ geri qayıtsın
3. Saçın bərpasını/müalicəsini üzərlərinə götürsünlər.

Xanım dedi ki, saçın bərpası üçün 3 seans bərpanı (professional qulluq maskası) öz üzərinə götürür və digər 2 tələbdən imtina edir. Video görüntüləri soruşdum. "Orda səs yazılmır, bəlkə siz demisiniz ki, yaşıl rəng edin, o da edib, sonra bəyənməmisiniz» dedi. Həm də salona gələndə mənim saçımı görmədiyi üçün fikir bildirə bilməyəcəyini dedi. Sonda sabah zəng edib 1-ci gün bərpa proseduruna vaxt təyin edərsiniz dedi. Saçın vəziyyəti: Kəskin xəsarət alıb (yanıb) , zədələnib, əl vurduqca qırılır, rəngi dəhşətlidi. Nəticə: Bu gün günorta salona bərpa randevusu üçün zəng etdim. Hənifə xanım dedi ki, bəs siz dünən usta ilə danışmaq istəmirdiniz, biz kameraya baxdıq, ustanın köməkçiləri də dedi ki "sizin saçınız 4cü gün daha tünd rəng idi, siz burdan gedib "nəsə elətdirmisiniz, saçınız zoğ-zoğ idi, daha açıq rəng idi". Soruşdüm ki, siz yayda neçə gündən bir saç yuyursunuz xanım. Soruşdu ki, hə dünən yumuşdunuz, dedim srağagün də yumuşdum. (Yəni rəng yuyulduqca açılır, saçın da nə qədər yandığı üzə çıxır) Sağollaşdı ki, bərpa yox, sabah gələrsiniz Saxara, mən və siz danışarıq . Dedim ok, mən məsələni mətbuata çıxardacam. Xanım dedi ki, hə get Saxaranı çıxart mətbuata. 16:45-də həmin xanım zəng etdi, sabah salona neçədə gələ biləcəyimi soruşdu, 18:00 dedim.

Sonra dedim ki, mən vəkilimlə gələcəm, istəsəniz siz də öz vəkilinizi çağırın. Qadın bərpa üçün çağırdığını deyərək, qışqırmağa başladı ki, "yox mən heçkimlə danışmayacam bu mövzuda, vse. Mövzunu bağlamışam. Mən xəstə adamam. Get, vəkili də Saxaranın üstünə apar, MTN-i də". Və dəstəyi asdı. (MTN-mi dediniz?:)

5-ci gün səhər fb səhifəsində şərh yazılan vaxt Sərxan/Saxara mənə WhatsApp-da səsli msj göndərmişdi amma əhvalımın daha da pozulacağını nəzərə alıb indilərdə dinlədim. Mənə səsli msjda deyir ki, "İndi mən sizin bütün qeydlərinizi veririk bizim yaxın dostumuza, onlar sizlə maraqlanacaqlar" "Siz gedin sübüt edin ki, biz sizin saçlarınızı yandırmışıq, istədiyiniz rəngi etməmişik, ama sübüt edin" "Siz gedərsiniz hesabatınızı verərsiniz və sübüt edərsiniz" "Siz yaşıl istəyib oranjeviya dönən adamsınız".

Mən də yenə özümə uyğun tərzdə ona yuxarıdakı 3 tələbimi çatdırdım və məsələni böyümədən həll etmək istədiyimi dedim. Cavab isə belə oldu: "Heç bir halda özümüzdə səhv görmür və sizinlə iddialarınızın sübuta yetdiyi təqdirdə cavab verməyə hazırıq. Mən nə sizlə nə də vəkilizlə danışmamalıyam deyə düşünürəm. Budur ki, zəhmət olmasa, məni narahat etməyin".

Gördüyünüz kimi, usta məni hədələyib. Dünən görüşdə Hənifə xanıma deyəndə ki, mən məsələni mətbuat və sosial-şəbəkələrdə böyütmədən sizinlə həll etməyə gəlmişəm. Balaca bir işarə verdi həmin an: "Keçən həftə bir qadının saçı xoşuna gəlməmişdi, səhərisi yoldaşı bir neçə nəfərlə gəlmişdi salonun qabağına. Ona dedim ki: "Hamı gözəl bilir ki, Grace kimindi, bu salonun qabağında bütün günü PPX-lar fırlanır".

Bu salon özünü ən ucqar kənddəki salon kimi aparır deyərdim, amma kənddə professionallıq olmasa belə vicdan, düzgünlük olur. İndi səs yoxdu deyə salon elə bilir ki, heçnə sübut oluna bilmir. Əgər salonu idarə edən xanım vəkilin getsin işçimlə danışsın, sən get işçimi mətbuata çıxart ictimailəşdir deyirsə, niyə idarəçisiyəm deyir salonun?! Mən o ustanın yanına Grace Beauty Complex adına görə getmişəm. İnsanlar ilk öncə brendə güvənir sonra məhsula. Bu salon şəhərdəki ilk ən məşhur salonlardandı (20 il) ama professionallıq nədir anlamırlar. Bir administratorla idarəetmənin kifayət olduğunu düşünürlər. Amma brand nədir, necə qorunur, necə yüksəlir, necə batır, heçbir məlumatları yoxdu. FB-dəki qiymətləndirmələrini də bağlayıblar izləyicilərə.

AZXEBER.COM məsələylə şikayətdə adı hallanan "Grace Beauty Complex"-in administratoru Hənifə Əliyeva ilə əlaqə saxlayıb. O məsələylə bağlı bildirib ki, müştəri həmin gün rəhbərliyi heç bir irad bildirməyib: "Adıçəkilən xanım həmin gün xidmətdən sonra bizə heç bir irad bildirmədi, öpüşüb-görüşüb getdi. Mən anlamıram ki, əgər onun narazılığı var idisə, həmin anda niyə bildirmirdi? Bu bilirsiniz nəyə bənzəyir? Siz gedib, restoranda yemək yeyirsiz, 3 gün sonra gəlirsiz ki, yeməklər xoşuma gəlmədi, pulumu qaytarın. Bu hansı məntiqə sığır? Müştəri narazıdırsa, bunu həmin an bildirməlidir".

Administrator həmçinin qeyd edib ki, 3 gün sonra salona gələn şikayətçini usta ilə üzləşdirmək istəsələr də o buna razı olmayıb: "O xanım 3 gün sonra gəldi və yenə problemi danışdı. Bizim üçün müştəri məmnuniyyəti olduqca önəmli olduğuna görə, təklif etdim ki, usta Saxara ilə üzləşsin və qarşılıqlı bir-birinizi dinləyin. O da dedi ki, mənim psixologiyam pozulub və ustanı görmək istəmirəm. Mən anlamıram ki, belə olan təqdirdə biz necə obyektiv qərar verə bilərik? Əgər ortaq məxrəcə gəlmək istəyirsə, usta ilə üz-üzə söhbət etməlidir".

Hənifə Əliyeva həmçinin deyib ki, onlar müştəriyə əlavə xidmətlər də təklif ediblər: "Biz müştəri məmnuniyyətini nəzərə alaraq, ona təklif etdik ki, saçlarına qulluq, saçların bərpası, saçların düzləşdirilməsi (uklatka) biz tərəfdən pulsuz edilə bilər. Bunu da onun haqlı olduğuna görə yox, ilk növbədə xanım olduğuna görə təklif etdik. Ancaq o xanım dedi ki, mən buna razı deyiləm, pulumu qaytarın. Biz anlamırıq ki, bu necə ola bilər? Adam həmin gün salondan razı gedir, ancaq sonradan qayınanası, əri və ya kimsə bunu bəyənmirsə, geri dönüb pulunu niyə tələb etməlidir? Məsələyə bir tərəfli baxmaq olmaz, ustanı da düşünmək lazımdır. O da zəhmət çəkir axı".

Hənifə Əliyeva onların müştəriyə hədə-qorxu gəlmədiyini deyib: "O qeyd edir ki, guya biz onu hədələmişik. Əslində, isə məsələ belə olmayıb. Xanım 3 gün sonra zəng edəndə mən dedim ki, bəlkə siz sonradan başqa ustanın yanına getmisiz. O da bu sözə görə iddia edir ki, biz onu hədələmişik. Əslində, isə biz sadəcə məlumat alırdıq. Sonradan o dedi ki, mən sizin salona vəkilimlə gələcəm. Biz də dedik ki, əgər siz humanistlik anlamırsızsa, o zaman qanun nə tələb edirsə, o da olsun. Bu məgər kimisə hədələməkdir?"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...