Xalq artistinin nəvəsi üsyan etdi: "Cənazə qalıb ortada, basdırmağa yer tapmırıq"

Xalq artistinin nəvəsi üsyan etdi:

Dünən günorta saatlarında dünyasını dəyişən xalq artisti Xumar Zülfüqarova hələ dəfn olunmayıb. Ailə üzvləri onun harada dəfn olunacağı ilə bağlı qərarı gözləyir. Gundeminfo.az xəbər verir ki, bu barədə yenicag.az-a mərhumun nəvəsi Anar Zülfüqarov açıqlamasında deyib:

"Dünən günortadan rəhmətə gedən adam hələ də torpağa tapşırılmayıb. Biz nə qədər gözləməliyik axı? Cənazə ortalıqda qalıb, şəhəri gəzib, qəbir yeri axtarırıq. Bu adam 60 il dövlət üçün çalışıb, canını sənət yolunda fəda edib. İndi onu dəfn eləmək üçün yer tapılmayacaq? Niyə bu boyda sənətkarın yas mərasimi üçün bir yer təyin olunmadı, onunla vida mərasimi niyə evində keçirilməlidir? Ulu öndər ona ev bağışlayıb, fəxri adlar verib, Şöhrət ordenli sənətkardır. SSRİ xalq artistidir. O boyda sənətkarın meyiti ortalıqda qalıb. Oturub gözləməli deyilik. Fəxri Xiyabanda yer vermirlərsə, barı kömək eləsinlər, qəbir yeri alaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...