İcra Hakimiyyəti: “Şəhid bulağı” əvvəlki yerinə bərpa ediləcək

İcra Hakimiyyəti: “Şəhid bulağı” əvvəlki yerinə bərpa ediləcək


Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə ucaldılan bulaq-kompleksin yerində “Qarabağ” adlı kababxana-pivəxana açılması ilə bağlı yaydığımız xəbərə Yasamal rayon İcra Hakimiyyəti münasibət bildirib.

İcra Hakimiyyətindən "Qaynarinfo"ya göndərilən məlumatda bildirilir ki, “Şəhid bulağı” əvvəlki yerinə bərpa olunacaq:

"Yasamal rayon İcra Hakimiyyətinə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olmuş və araşdırma zamanı müəyyən olunmuşdur ki, “Şəhid bulağı” sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə daha baxımlı yerə dəyişdirilmişdir. Şəhidin qardaşı ilə söhbət aparılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidin xatirəsinə qarşı biganəliyin düzgün addım olmadığı, Allahverdiyev Məhəmmədin yalnız bir ailənin şəhidi olmadığı, onun xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğu və xatirə bulağının əvvəlki yerinə qaytarılmasının vacibliyi şəhidin qardaşının diqqətinə çatdırılmışdır.

Onu da qeyd etmək istərdik ki, verilən tapşırıq əsasında gün ərzində şəhidin xatirəsinə qoyulmuş bulaq-kompleks ətrafında abadlıq və bərpa işləri aparılaraq “Şəhid bulağı” əvvəlki yerinə bərpa olunacaqdır. Hadisəni törədənin şəhidin doğma qardaşı olduğu nəzərə alındığından onun barəsində daha ciddi tədbirlər görülməsi məqsədəuyğun sayılmamışdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...