Dövlət komitəsi büdcədən 1 milyon yayındırmaq istəyən şirkətlərin adını açıqladı - SİYAHI

Dövlət komitəsi büdcədən 1 milyon yayındırmaq istəyən şirkətlərin adını açıqladı -

Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumatda deyilir ki, ölkəmizin iqtisadi tərəqqisinin, davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən innovativ proqram və layihələrin reallaşmasına gömrük orqanları da daim öz töhfəsini verir. Son illərdə idxal-ixrac əməliyyatlarının sürətli, maneəsiz və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən tətbiq edilən və Ümumdünya Gömrük Təşkilatının bir sıra ölkələrə nümunə göstərdiyi "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" kimi səmərəli layihələr bunun bariz nümunəsidir.

Məlumatda deyilir ki, lakin gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır: "Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib".

Cədvəldən də göründüyü kimi ümumilikdə 1 mln. 53 min 684,61 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib:

Dövlət komitəsi büdcədən 1 milyon yayındırmaq istəyən şirkətlərin adını açıqladı -
Dövlət komitəsi büdcədən 1 milyon yayındırmaq istəyən şirkətlərin adını açıqladı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...