Qalmaqallı Rusiya səfiri Vaşinqtonu tərk etdi – Yeni səfir kim olacaq?

Qalmaqallı Rusiya səfiri Vaşinqtonu tərk etdi –


ABŞ-da adı prezident Donald Trampın komandası ilə əlaqələrdə hallandırılan rus səfiri Sergey Kislyak Vaşinqtonu tərk edib

Rusiya XİN 9 illik səfirlik fəaliyyətini başa vuran 66 yaşlı Kislyakın geri dönüşünün "qrafik üzrə" baş verdiyini, sadəcə, onun fəaliyyətinin başa çatdığını bildirib. İnterfaks agentliyi yazır ki, Kislyak Rusiyanın Federasiya Şurasına üzv seçilə bilər.

Gözlənilir ki, Kislyakı səfir vəzifəsində siyasi elmlər doktoru Anatoli Antonov əvəz edəcək.

Kislyakın 2016-cı ilin prezident seçkiləri öncəsi Tramp komandasının üzvləri ilə kontaktları ABŞ-da qalmaqal yaradıb. Xüsusən də Konqresdə bunu Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi kimi qiymətləndirənlər çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...