Voleybol Federasiyasından müəmmalı addım – Biletlər kassalarda niyə satılmır?

Voleybol Federasiyasından müəmmalı addım –

Azərbaycanda daha bir möhtəşəm idman yarışı keçiriləcək. Postsovet məkanında ilk dəfədir ki, iki ölkə – Azərbaycan və Gürcüstan qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək. Qeyd olunan yarış kifayət qədər ciddi və nüfuzlu turnir olduğu üçün idman tariximiz üçün önəmli hadisə hesab olunur. Yarışların yüksək səviyyədə keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

Belə bir ciddi və mühüm əhəmiyyətli idman yarışının keçirilməsi üçün ciddi hazırlıqlar getsə də, bilet əldə etmək istəyən azarkeşlər çətinliklərdən şikayətləniblər.

Onların narahatlığına səbəb olan məsələ isə oyunların yarımfinal və final mərhələsi üçün çap olunmuş biletlərin açıq kassalarda deyil, yalnız on-layn satışının nəzərdə tutulmasıdır. Bu isə kütləvi şəkildə voleybola maraq olan ölkədə biletlərin əldə olunmasına çətinlik yaradıb. Bilet əldə etmək istəyən şəxslərin hər birinin elektron hesabı olmadığı üçün bilet əldə edə bilmir.

Femida.az daxil olmuş müraciətlə bağlı Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxlayıb. Mətbuat Xidmətinin rəhbəri yaranmış çətinliyə aydınlıq gətirməklə yanaşı maraqlı faktlara da toxunub.
Voleybol Federasiyasından müəmmalı addım –

sefeq kerimova

“ Bildiyiniz kimi ölkəmiz ilk dəfədir ki, belə bir yarışa ev sahibliyi edir. Buna görə də ölkəmiz bu yarışa ciddi hazırlaşır. Yarımfinal və final oyunlarına bilet satışlarının on-layn həyata keçirilməsi qara bazarın qarşısını almaq və sırf təhlükəsizlik məsələləri ilə bağlıdır. Bildiyimiz kimi belə möhtəşəm oyunlarda hansısa maraqlı şəxslər əvvəllcədən biletləri alır. Daha sonra yarışlara bir neçə saat qalmış daha baha qiymətə satmağa çalışırlar. Bu isə haqlı olaraq narazılığıa səbəb olur. Bunun qarşısını almaq üçün biz bu addımı atmışıq.”

Şəfəq Kərimova həmçinin bu problemin müsbət həll olunmasının mümkünlüyünü də qeyd edib.
Voleybol Federasiyasından müəmmalı addım –

“Əgər kütləvi şəkildə azarkeşlər bu problemlə bağlı bizə müraciət etsələr, biletlərin kassalarda satışının həyata keçirilməsi təmin oluna bilər. Burada heç bir problem yoxdur”, deyə mətbuat katibi bildirib.

Verilən məlumata görə, satışa çıxarılan biletlərin 30%-i artıq alınıb. Xaricdən alınan bilet sayına görə Fransa liderdir. Sonrakı yerlərdə Macarıstan, Almaniya, Belçika, Tailand, İtaliya, Çexiya, Rusiya dayanır.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsində üç qrupun oyunlarının, eləcə də yarımfinal və final qarşılaşmalarının Azərbaycanda, bir qrupun və dörddəbir final mərhələsinin görüşlərinin isə Gürcüstanda təşkilinə qərar verilib.

Püşkün nəticələrinə görə, Azərbaycan qadınlardan ibarət milli voleybol komandası “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar.

Biletlərin qiyməti 3-5 AZN aralığında dəyişir. Oyunlar Milli Gimnastika Arenasında keçiriləcək. Biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...