Bir ayın içində ölən bacı-qardaşın valideynindən qəribə qərar

Bir ayın içində ölən bacı-qardaşın valideynindən qəribə qərar

Sabirabad rayonunda 28 günün içərisində dünyasını dəyişən azyaşlı bacı və qardaşın müəmmalı ölüm səbəbi haqqında ekspertizanın nəticələrinin bu gün açıqlanacağı ilə bağlı məlumat yayılmışdı.

“Qafqazinfo” nəticələrin cavablarının necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib:

“Ekspertiza olmadığına görə də onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər bir-birinə qohumdurlar”.

Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun 5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...