Azərbaycana gələnlər üçün vizalar sadələşdirilir

Azərbaycana gələnlər üçün vizalar sadələşdirilir


Azərbaycana xaricdən gələnlərə vizaların verilmə müddətinin 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanda 60-dan çox şirkət elektron vizaların verilməsi ilə məşğuldur. Yalnız bu il müddətində 10 mindən artıq elektron turist vizası verilib.

Ancaq dövlətimizin başçısının tapşırığının əsas məqsədi vizaların daha çevik, daha səmərəli və rahat alınması üçün şəraitin yaradılmasından ibarətdir: “Ona görə də vizanın verilmə müddətinin aşağı salınması, yəni 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir. Artıq Xarici İşlər Nazirliyi digər dövlət qurumları ilə birlikdə təkliflər və qərar layihələri hazırlayır. Ümidvaram ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar üzrə akkreditasiya yenidən aparılacaq. Turizm şirkətlərinin bu qaydalara tam riayət etmələrinə ciddi nəzarət olunmalıdır. Onların vasitəsilə bu vizaların alınması və bəlkə də xüsusi mərkəzlərin yaradılması mövzusu bu gün gündəlikdədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...