Ekstrasens “Topaz”dan pul uddu, astroloqu duelə çağırdı - “Ay qaqa, gəl meydana”

Ekstrasens “Topaz”dan pul uddu, astroloqu duelə çağırdı -

Son zamanlar proqnozları ilə gündəmə gələn və daha çox tənqid atəşinə tutulan ekstrasens Nadim Alıxanov Topaz-dan 1233 manat pul udub.

Bu barədə BakuPost.az-a ektrasens özü məlumat verib. Bildirib ki, o, 26 noyabr tarixində keçirilən"Porto – Aveş matçının nəticəsini əvvəlcədən görüb və oyuna pul qoyaraq qat-qat artığını qazanıb. Nadim Alıxanovun sözlərinə görə, bu, onun Topaz-dan qazandığı ilk uduş deyil. Ekstrasens Qarabağ-Roma oyununun da hesabını düz taparaq, Bakıdakı restoranlardan birindən pulsuz xidmət hədiyyəsi qazandığını bildirib: "Bu o demək deyil ki, hər futbol oyununun hesabını öncədən hiss edirəm. Bu qəfildən baş verir. Hiss gəlirsə, pul qoyuram. Porto – Aveş oyununda da belə oldu. Porto 1:0 hesabıyla udurdu. Lakin mənə qəfildən hiss gəldi. Oyunun 1:1 hesabıyla bitəcəyini gördüm. 2 dəfə pul yatırdım 150 və 20 manat. Nəticədə yarım saat ərzində 1233 manat qazandım”.

N. Alıxanov onun proqnozlarının səhv olduğunu deyən astroloq Səbuhi Rəhimliyə də ismarıc göndərib və onu duelə çağırıb: "Bəzi astroloqlar, ekstrasenslər var ki, mənim barəmdə saytlarda danışır, proqnozlarıma şübhə edir. Onları istədiyi vaxt meydana çağırıram. Gəlsin Topaz-a, hesabı deyək, görək kim nə bacaracaq. Mənimlə "dirəşmək” istəyirsə, realda eləsin. Medianı da çağıraq. Ay Səbuhi qaqa, astroloq deyilsən? Yəqin, səndə də nəsə bir şey var, gəl, yoxlayaq güclərimizi. İnanmırsansa, bu da fakt. Mən Nadim, Topaz-a pul atdım, tutdum. Gəl, sən də hünərini göstər”.

Xatırladaq ki, məşhur astroloq Səbuhi Rəhimli ekstrasens N.Alıxanovun özünü doğrultmayan proqnozlarına görə hesabat verməli olduğunu demişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...