ABŞ böyük zərbəyə hazırlaşır: 50 min rus qara siyahıya salınır

ABŞ böyük zərbəyə hazırlaşır:

Rusiya xüsusi xidmət orqanları ABŞ maliyyə kəşfiyyatının Avropa ölkələri və bir sıra digər dövlətlərdə aktivliyini müşahidə edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik bu aktivliyin gələn ilin əvvəlində yeni sanksiyalar siyahısının hazırlanması üçün lazım olacağını bildirib:

“Son bir neçə ay ərzində ABŞ maliyyə kəşfiyyatı Avropa ölkələrinə ruslarla bağlı sorğular göndərib. Bu sorğularda xüsusilə dövlət şirkətlərinin işçiləri, məmurlar, onların yaxın və uzaq qohumları haqqında məlumat tələb edilib. Sorğuda məlumatları istənilən rusların sayı 10 min nəfərdən çox olub. Vaşinqtonun sorğuları xüsusilə Federal Təhqiqatlar Bürosunun araşdırması və Senatın Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxiləsi ilə bağlı hazırladığı hesabatla birbaşa bağlıdır. Məhz bu sorğulardan sonra Rusiyaya qarşı yeni sanksiyalar siyahısı hazırlanacaq və Rusiya vətəndaşları da oraya daxil ediləcək. Bizdə olan məlumatlara görə, sanksiyalar siyahısı həddən artıq böyük olacaq. Hətta bəzi amerikalı populistlər siyahıya 50 min şəxsin daxil edilməsini istəyirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...