“Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Ukrayna baş prokuroru

 “Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” -

Kiyevdə saxlanılan Mixeil Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş prokuroru Yuri Lutsenko bəyan edib.

Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

“Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib.

Qeyd edək ki, M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...