Azərbaycan İŞİD-i hələ terrorçu təşkilat kimi tanımayıb

Azərbaycan İŞİD-i hələ terrorçu təşkilat kimi tanımayıb


Azərbaycan İŞİD-i qanunverici orqan səviyyəsində hələ terrorçu təşkilat elan etməyib. Lakin Milli Məclis bu təşkilatı yaxın vaxtlarda rəsmən qanunsuz elan edə bilər. Bunu virtualaz.org saytına açıqlamasında Milli Məclisin üzvü Musa Qasımlı deyib. Deputatın sözlərinə görə, Azərbaycan onsuz da terrorçuluqla mübarizəyə dair əksər beynəlxalq müqavilə və sazişlərə qoşulub: “Bundan əlavə, Azərbaycanın Cinayət Məcəlləsində terrorçu təşkilatların tərkibində fəaliyyətə görə nəzərdə tutulan cəzalar xeyli sərtləşdirilib. Bununla belə əgər zərurət yaranarsa, Azərbaycan İŞİD-i rəsmən qeyri-qanuni təşkilat kimi tanıya və qadağan edə bilər”.

Terror təşkilatı olan İŞİD 2014-cü ilin yayında Suriya və İraq ərazilərinin bir hissəsini ələ keçirərək orada xilafət qurduğunu elan edib. Hazırda İŞİD-ə qarşı amansız müharibə gedir. Suriya hakimiyyətinə loyal qüvvələr, İraq ordusu, şiə özünümüdafiə dəstələri, kürd özünümüdafiə batalyonları, Suriya üsyançıları və ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyası İŞİD-ə qarşı vuruşurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...