Hacı Qalib Salahzadədən oğlunun həbsinə münasibət: "Sifarişlidir"

Hacı Qalib Salahzadədən oğlunun həbsinə münasibət:

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə. Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az-a açıqlama verən sabiq deputat məhkəmənin qərarına görə, heç bir yerə şikayət etməyəcəyini bildirib:

“Oğlum tutulanda da qeyd etdim ki, o, sifarişlə həbs olunub. Bu səbəbdən də məhkəmənin qərarına görə heç bir yerə – nə Apellyasiya məhkəməsinə, nə də Ali Məhkəməyə müraciət edəcəm. Hakim necə qərar veribsə, elə də olmalıdır. Mən oğlumun tutulacağını əvvəlcədən bilirdim. Sadəcə, bəzi adamlar şou göstərirlər ki, baxın, belə bir hörmətli, nüfuzlu adamın oğlunu tutublar. Özüm də keçirilən məhkəmədə iştirak etməmişəm. Dostlarım da əvvəldən demişdilər ki, bu işin sonu həbslə bitəcək. Ona görə də oğlum tutulanda ən azı 3 il veriləcəyini təxmin etmişdim”.

Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiqetmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Ə. Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...