Mikayıl Cabbarovdan yeni təyinatlar

Mikayıl Cabbarovdan yeni təyinatlar

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. GUNDEMİNFO.AZ xəbər verir ki, modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Cabbarov özünə 4 yeni müşavir təyin edib.

Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsinən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...