Cəbhədən xəbər var — Təxribatçı düşmən əsgəri yaralandı

Cəbhədən xəbər var —

Təxribata cəhd edən düşmən hərbi qulluqçusu yaralanıb.
GUNDEMİNFO.AZ ordu.az-a istinadən xəbər verir ki, dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib.

Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirlərinin görüşü ərərfəsində dünən baş vermiş hadisəni bu gün işıqlandırması təxribat xarakteri daşıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...