7 ildir axtardığı qızlarını Adnan Oktarın verilişində görən ata həyatının ŞOKUNU yaşadı - FOTOLAR
Avstriyada yaşayan ata uzun müddətdir axtardığı 2 qızının Adnan Oktarın "kedicik"lərindən olduğunu öyrənib.
GUNDEMİNFO.AZ xəbər verir ki, 44 yaşlı Elvan Koçak adlı şəxs iddia edir ki, A9 kanalının sahibi Adnan Oktar onun Şeyma və Büşra adlı qızlarını cinsi istismara məruz qoyaraq öz yanında saxlayır. Qızlarının videogörüntülərini görən ata dəhşətə gəlib və bu barədə Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib.
Video görüntülərdə 44 yaşlı kişi 7 il öncə ayrıldığı həyat yoldaşı Gülperi T.-nin Ş.K.(19), B.K.(17) və oğlu M.K(17)-nı da götürüb Avstraliyadan Türkiyəyə gəldiyini və bundan sonra əlaqələrinin kəsildiyini deyib: "Uzun müddətdir övladlarımdan xəbər ala bilmirdim. Qohumlarımızdan biri qızlarımı televizorda gördüyünü dedi. Mənə dedilər ki, həyat yoldaşın sənin qızlarını Adnan Oktara satıb. Şeyma və Büşra hazırda Adnan Oktarın yanında hansısa oteldə saxlanılırlar. Qızlarımdan Şeyma ilə telefon əlaqəsi yarada bilmişəm, amma yazdıqları onun sözlərinə oxşamır. Mənə kimin cavab yazdığını bilmirəm. Büşra telefonlarıma cavab vermir. Mən qızlarıma görə bura gəldim. Onları tapmamış Türkiyədən getməyəcəm"/publika.az/
931 dəfə oxundu