İsa Qəmbərin prezident seçkisini vaxtından əvvəl keçrilməsi üçün hakimiyyətə təklif göndərdiyi üzə çıxdı – Fotofakt
Müsavat partiyasının Ali Məclisi bir neçə gün öncə toplantı keçirərək bu ilin aprel ayında keçriləcək prezident seçkilərini boykot etdiyini açıqlayıb. Qeyd edək ki, partiya seçkidə iştirak edəcəyi təqdirdə namizədinin İsa Qəmbər olacağını öncədən bəyan etmişdi. İsa Qəmbər və Müsavat boykot qərarını seçkinin vaxtından əvvəl keçrilməsi ilə əlaqələndirir. Lakin…
Avropa.info xəbər verir ki, İsa Qəmbərin rəhbərlik etdiyi Strateji Düşüncə Mərkəzi 2016-cı ildə hökumətə və ictimaiətə təqdim etdiyi “Yol Xəritəsi” adlı sənəddə prezident seçkilərinin vaxtından əvvəl keçrilməsini təklif edir.
Əlbəttə, ölkə konstitutsiyasına görə, seçkilərin nə zaman keçrilməsi ilə bağlı qərar prezidentin müstəsna hüququdur. Bu kimi hadisələr təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində baş verir və siyasi qüvvələr də ona görə mövcuddurlar ki, istənilən şərait üçün bir B planları mövcud olsun. Azərbaycanın şərti olaraq “ənənəvi” adlandırılan müxalifətinin isə nə A, nə də B planı mövcudd deyil. Guya seçki apreldə deyil, oktyabrda keçrilsəydi, müxalifətin qalib gəlmə şansı vardımı? Təbii ki, yox idi. Müxalifət məhz öncədən bəlli olan məğlubiyyətini sığortalamaq üçün, seçkinin apreldə keçrilməsini bəhanə edir?
Amma, axı İsa bəy seçkinin vaxtından əvvəl keçrilməsini təklif etmişdi? O zaman bu boykot qərarı nədir?
Avropa.info İsa Qəmbərin rəhbərlik etdiyi Strateji Düşüncə Mərkəzi 2016-cı ildə hökumətə və ictimaiətə təqdim etdiyi “Yol Xəritəsi” adlı sənəddən bir hissəni təqdim edir.
986 dəfə oxundu