Mədəniyyət şöbəsinin bədii rəhbəri məhkəmə zalında həbs edilib

Mədəniyyət şöbəsinin bədii rəhbəri məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ötən ilin iyununda Şabran rayonu ərazisində "Hyundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən şəxs rayonun Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur. Hadisə nəticəsində xəsarət alan Elşən Şıxəliyev isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Atakişi Musayev barəsində cinayət işi açılıb. A. Musayev Şabran rayonu Dəvəçi Kənd Mədəniyyət şöbəsinin bədii rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...