Bələdiyyə torpaqları necə alınıb satılmalıdır? - Nazirlər Kabineti dəyişiklik etdi

Bələdiyyə torpaqları necə alınıb satılmalıdır? -

Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib. Gundeminfo.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.

Beləliklə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat qaydasında təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir. Notarius əmlakın nisyə alqı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir.

Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir. Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir. "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...