Cənub bölgəsinə işıq verilməyib: Bakı və Sumqayıtda isə iri müəssisələrdə iş dayanıb

Cənub bölgəsinə işıq verilməyib:

Mingəçevir İES-də baş verən qəzanın nəticələri tam aradan qaldırılmayıb. Belə ki, hazırda ölkənin bir çox ərazilərinin enerji təchizatı hələ də bərpa olunmayıb.

“Müsavat.com” xəbər verir ki, ölkənin Cənub bölgəsində elektrik enerjisinin verilişində kəsinti davam edir. Bu bölgəyə enerji verilişi hələ də bərpa olunmayıb. Qərb bölgəsində rayon mərkəzləri, böyük qəsəbə və kəndlər istisna olmaqla, kəndlərin əksəriyyəti də hələ işıqsızdır.

Bundan əlavə Bakı və Sumqayıt şəhərlərindəki iri müəssisələrin bir çoxuna enerji verilişi bərpa olunmayıb. Günorta saatlarından Bakının Nizami, Sabunçu rayonlarının ərazisində yenidən enerji təchizatı dayandırılıb.

Onu da qeyd edək ki, qəza baş verən Mingəçevir İES bloklarının fəaliyyəti bərpa olunanadək Azərbaycan Gürcüstan və Rusiyadan enerji mübadiləsinə başlayıb. Lakin görünür, alınan enerji bütün ölkə ərazisində təchizatı bərpa etmək üçün yetərli deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...