“Milli Ensiklopediya ruslardan köçürülür” - Bəs ölkənin alimləri nə işlə məşğuldur?
Təhsil eksperti Etibar Əliyev Azərbaycan Mili Ensiklopediyası ilə bağlı bıabırçı fakt açıqlayıb. BakuPost xəbər verir ki, o, ensiklopediyanın ruslardan köçürüldüyünü iddia edib. Təhsil ekspertinin Milli Ensiklopediyanın 7-ci cildindən misal da çəkib: "Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan "ekzistensializm” haqqında məqalə verilib.
Yazıblar: "Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”. Ekzistensializm "varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm "mövcudluq” haqqında fəlsəfi cərəyandır. "Varlıq” haqqında fəlsəfi təlim "Ontologiya” adlanır. Bunu qoyuram bir yana. "Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər”.
E. Əliyevin iddiasına görə, ensiklopediyanın cildlərindəki məqalələr əsasən "Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür.: "Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir”.
Etibar Əliyev düşünür ki, 2004-cü ildə olduğu kimi bu ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb.
1 153 dəfə oxundu