Azərbaycanlı xanım İsveçin nüfuzlu partiyasının rəhbərliyinə seçildi

Azərbaycanlı xanım İsveçin nüfuzlu partiyasının rəhbərliyinə seçildi


Azərbaycan əsilli Aylın Fazelian (Bilgin) İsvec Sosial-Demokrat Partiyasının qadınlar taşkilatının rəhbərliyinə seçilib

21-23 avqustda Stokholmda Sosial-Demokrat Partiyasının qadınlar təşkilatının qurultayı yeni program qəbul edib və öz yeni rəhbərliyini seçib. Aylin Fazelan ilk azərbaycanlı qadın olaraq, partiyanın qadınlar təşkılatının rəhbərliyində təmsil olunmaq hüququ qazanıb. O, əcnəbi mənşəli isveçli olaraq təşkilatın 9 rəhbərindən biri olub və 4 il partiyada önəmli postda çalışacaq . Qurultay mərkəzi komitənin 9 həqiqi üzvünü və 8 üzvlüyə namizədi seçib.Aylın Fazelianın (Bilgin) İsvecin ən önəmli və güclü partiyasının qadınlar təşkilatının rəhbərliyində təmsil olunması İsvecdə bütün əcnəbilər, xüsusilə də türklər üçün uğurlu nailiyyət sayılır.

İsvec Sosial-Demokrat Partiyası yarıbayarı qadın və kişilərdən təşkil olunub. Sosyal-demokratların içindəki bu bərabərlik onların parlamentdə qazandıqları mandatlarda özünü göstərir. Yəni partiyanın qazandığı mandatların yarısı qadınlara, yarısı isə kişilərə çatır. Aylın Fazelianın 23 yaşı var, gənc və uğurlu siyasətçidir. Onun atası Mahmud Bilgin də tanınmış ictimai-siyasi xadimdir. (musavat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 053 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...