Dollar əmanətlərinin qəbulu dayandırılır - Azərbaycanda

Dollar əmanətlərinin qəbulu dayandırılır -


Azərbaycanın bəzi kommersiya bankları ikinci dəfə dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salmağa başlayıblar. “Marja”nın bankların saytına istinadən verdiyi məlumatına görə, artıq AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Unibank, Bank of Baku, Bank VTB Azərbaycan dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər.

Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik), AccessBank 1-2%-ə, Azərbaycan Beynəlxlaq Bankı 2.25%-ə, Unibank 0,5-1%-ə, Bank of Baku 0,5%-ə, Bank VTB Azərbaycan 1,7%-ə endirib. KapitalBank, ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3% gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1%-dir. Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarada əmanət qəbul etmir. Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.

Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5,5%-i keçmir. Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır. Qeyd edək ki, İyunda da Azərbaycanın bəzi bankları dollar əmanətləri üzrə faiz dərəcələrini 12-16%-dən 3-8 faiz intervalına endirmişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...