Ukraynada silahlı separatçıların əhatəsinə düşən azərbaycanlı iş adamı özünü öldürüb

Ukraynada silahlı separatçıların əhatəsinə düşən azərbaycanlı iş adamı özünü öldürüb


Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb. Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

V. Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqasvimət göstərən iş adamlı ilə quldurlar arasında atışma baş verib. V. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. V. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 089 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...