Rusiyada ərzaq bahalaşdı Azərbaycan üçün təhlükə
Azərbaycanda manatın devalivasiyası yenidən gündəmdədir. Bütün bunlarla bərabər, ölkənin əsas ixracı sayılan neftin də qiyməti aşağı düşməkdədir. Ekspertlər hesab edirlər ki, mövcd şərtlər altında ölkə iqtisadiyyatını bərpa etmək üçün Azərbaycan xarici ölkələrdən borc almalı olacaq. Alınan borc isə ölkənin həm iqtisadi, həm də siyasi baxımdan asılılığını artıracaq. Rəsmi açıqlamaya görə, cari ilin iyulun 1-nə olan göstəricilərdə Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 6 mlrd. 629,1 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə olan göstəricidən 33 faiz çoxdur. Mövcud şərait davam edərsə, Azərbaycanın Ukrayna və Yunanıstanın gününə düşmə ehtimalının da böyük olduğunu söyləyənlər az deyil.
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Rəşad Həsənov bildirib ki, neft gəlirlərinin azalması səbəbindən, xarici borcların da miqdarı xeyli artacaq: “Ölkənin iqtisadi vəziyyətinin müqayisəsi zamanı xarici borcların ümumi daxili məhsulda(ÜDM) və əhalinin gəlirlərində payı, diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan hökuməti bu günə qədər əslində bu istiqamətdə daha müsbət mövqe sərgiləyirdi. Nəticədə isə Azərbayca xarici borclarının ÜDM-dəki yerinə görə, dünya üzrə müsbət mənada yüksək ön sıralardaydı. Bu təxminən 14 faiz təşkil edirdi. Son dövrlərdə baş verənlər isə hökuməti və real sektoru məcbur edir ki, xarici borcların miqdarını artırsınlar”.
Ekspert bildirib ki, xarici borclanmanın səbəbi ölkəyə daha çox valyuta axınının təmin edilməsidir:
“Yalnız neft neft valyutasından asılı olan Azərbaycan iqtisadiyyatı, neftin qiymətnin dünya bazarında azalmasından dərhal sonra, prosesə çox kəskin reaksiya verdi. Manat 34 faiz dəyərdən düşdü. Nəticədə isə hazırda ölkə iqtisadi durğunluq mərhələsinə daxil olub. Ötən illərlə müqayisədə iqtisadi aktivlik kifayət qədər aşağı düşüb. Bundan sonrakı dövrlərdə də Azərbaycanın xarici borclanmasının davam edəcəyini əminliklə demək olar. Əgər əvvəlki dövrlərdə beynəlxalq maliyyə dərəcələri Azərbaycanın kredit reytinqini daha yüksək qiymətləndirirdi və bunun nəticəsində xarici borclanmamızda faiz aşağı idisə, hazırda bu belə olmayacaq. Reytiqlər aşağı çəkilərsə ölkənin daha bahalı borclanması baş verəcək. Xarici borclanmanın artması hər bir vətəndaşın üzərinə əlavə yük qoyacaq ki, bu da ölkə büdcəsindən sosial istiqamətli xərclərin azalmasına səbəb ola bilər. Bütün bunlarla bərabər demək olar ki, Azərbaycan Yunanıstanın vəziyyətinə düşməyəcək”.
1 383 dəfə oxundu