““S-400”dən sonra “S-500”ə başlayacağıq” - Ərdoğandan ABŞ-a gözdağı

““S-400”dən sonra “S-500”ə başlayacağıq” -

““S-400-lə bağlı məsələni bitirdik, bunda geri dönməyimiz mümkün deyil”.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal-24”ə müsahibəsində bildirib. O, müdafiə sistemini gücləndirmək üçün Rusiya ilə birlikdə “S-400” zenit-raket kompleksinin ortaq istehsalının həyata keçiriləcəyini deyib: “Bilmək olmaz, bəlkə “S-400”dən sonra “S-500”ə başlayacağıq”.

Ərdoğan ABŞ-ın müxtəlif təzyiq vasitələrinə öyrəşdiklərini, buna görə də bütün tıdbirlərin alındığını sözlərinə əlavə edib.
Qeyd edək ki, rəsmi Moskva və Ankara “S-400” kompleksinin Türkiyəyə satılması ilə bağlı 2017-ci ilin sentyabrında saziş imzalayıb. Türkiyə Rusiyadan 4 ədəd “S-400”ü 2,5 milyard dollara sifariş edib. Kompleksin 2019-cu ilin sonuna qədər göndəriləcəyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...