İcbari tibbi sığortanın qiyməti məlum oldu - Bir hissəsini dövlət ödəyəcək

İcbari tibbi sığortanın qiyməti məlum oldu -

İcbari tibbi sığortanın qiyməti məlum oldu - Bir hissəsini dövlət ödəyəcək. Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib.

Oxu.Az xəbər verir ki, qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq edilən vergilər hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq.

Həmin vəsait də əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsi üçün tibb müəssisələrinə yönəldiləcək.

Qeyd olunub ki, 2020-ci ildən xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək:

“Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də tibbi sığorta haqqının illik məbləği 120 manatdır və hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...