Rusiyaya məxsus təyyarə Bakıda məcburi eniş etdi - bomba həyəcanı

Rusiyaya məxsus təyyarə Bakıda məcburi eniş etdi -

Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Bu barədə Musavat.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib. Məlumatlar yeniləndikcə əlavələr ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
669 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...