Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu

Türkmənistan blokada elan etdi:

Türkmənistan ərazisindən yük maşınlarının tranzitində problem yaşayan Tacikistan alternativ marşrutlar axtarşında Azərbaycanla danışıqlara başlayıb. Bu barədə Azadlıq Radiosunun Tacikistan redaksiyası yazır. Fevralın əvvəlində Türkmənistan Tacikistan üçün dəmiryol və avtomobil nəqliyyatına öz ərazisindən tranzitə qadağa qoyub.

Onlarla yük maşını İran-Türkmənistan sərhədində yığılıb, Türkmənistanın dəmiryolu stansiyalarında isə 108 yük vaqonu qalıb. Martın 19-da Tacikistan inkişaf və ticarət nazirliyi bəyan edib ki, nazir Nematullo Hikmətullozado Bakı Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Taleh Ziyadovla danışıqlar aparıb.

T.Ziyadov limanın faliyyəti ilə bağlı geniş məlumat verib və yüklərin Tacikistana daşınması üçün imkanlardan istifadə etməyi təklif edib. Türkmənistan hakimiyyəti Tacikistan yüklərinin öz ərazisinə buraxmamasının səbəbini izah etmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...